top of page

ƏBDÜSSƏLAM AXUNDZADƏ (Əslən Maştağalı)

  • Faik
  • 20 мая 2015 г.
  • 1 мин. чтения

200px-Əbdüssəlam_Axundzadə.jpg

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1895-ci ildən 1907-ci ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının şeyxülislamı vəzifəsini icra edib. O, dini ədəbiyyatın yayılmasına çox kömək edib, eyni zamanda dinə və şəriətə dair bir sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları da mövcuddur. Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadə "Tarixi-müqəddəs" kitabını nəşr etdirmişdir. Çar höküməti onu 1907-ci il noyabrın 18-də Qafqaz (Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri seçərək, ona şeyxülislam və mülki müşavir rütbəsi verib. O, dəfələrlə çar ordenlərinə layiq görülüb. Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 1907-ci ildə vəfat edib.

Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül əhkam" kitablarında müsəlmanların dini tələblərə uyğun olan itaətkar həyat tərzi təbliğ edilir. Müsəlman birliyinə aid rəvayətlər və s. yazıları da mövcuddur.


 
 
 

Comments


© Mastagali 2015

bottom of page