top of page

Maştağa

              Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.

"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürmüşdür. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi vermişdir. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində dağıdılmışdır. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilmişdir. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. Stepan Razindən tutmuş (1668) Stepan Şaumyana kimi (1915-1918) bu qədim kəndə kimlər divan etməmişdir?

Mədəniyyəti
--------------------------------------------------------------------------------------
Maştağa Bakının memarlıq mərkəzlərindən biri olub. Maştağa həm də görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətəni olmuşdur.

Tanınmış şəxsləri
Yaşar Nuri- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

Əlibaba Məmmədov - Azərbaycanın xalq artisti, xanəndə, professor.

 

Salam Qədirzadə - Azərbaycan yazıçısı, jurnalist, görkəmli ədib

Böyükağa Qasımzadə - şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan

Yazıçılar Birliyinin üzvü. Əhmədağa Əhmədov - tanınmış Nizamişünas.

Ramiz Abdullayev - şair, dramaturq, "Qızıl qələm" mükafatı laureatı.

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə - 1895-1907-ci illərdə 
Qafqazın Şeyxülislamı, mülki müşavir, müəllim, yazıçı.

Ağasəlim Çıldağ - meyxana ustası, Şöhrət ordeni laureatı.

Məşədibaba Aydəmirov - məşhur meyxanaçı.

Məmmədsadıq Nuriyev - Azərbaycan aktyoru, Yaşar Nurinin atası.

Elçin Atakişiyev - məşhur meyxanaçı.

Ağamirzə - məşhur meyxanaçı, Ağasəlim Çıldağın tələbəsi.

Kərim - məşhur meyxanaçı.

Məmməd Məmmədyarov - dövlət xadimi, inqilabçı, Azərbaycanda 
sovet hakimiyyəti qurmaq uğrunda fəal mübariz.

Hacağa Abbasov - aktyor, 1929-1937-ci illərdə Bakı Teatr Teхnikumunun direktoru, Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi, xalq artisti.

İbrahim Quliyev (Qurbanəli oğlu) - həkim, tibbi xidmət leytenantı, 1941-1945 Böyük Vətən müharibəsi iştirakçısı.

Mircavad Axundzadə - Azərbaycanın birinci peşəkar fotoqrafı.

Seyidağa Axundzadə - tarixçi.

Muxtar Bisavad - şair, Məcməüş-şüəra ədəbi məclisinin üzvü.

Qurd Cəbrayıl - tanınmış qanuni oğru, "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.

Atababa Hicri - şair, müəllim

Məmməd Əlili - Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor Qorxmaz Əlilinin atası.

Qorxmaz Əlili - Azərbaycan aktyoru, Azərbaycan Estrada Teatrının yaradıcısı.

bottom of page