top of page

Ermənilərə təslim olmadılar

  • Faik
  • 1 мая 2015 г.
  • 1 мин. чтения

2222.jpg

Ermənilərə təslim olmadılar

Maştağa əhalisi 1918-ci ildə erməni-daşnak birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı zamanı böyük qəhrəmanlıqlar göstərib. Bakı ərazisində ermənilərin qanlı qırğınları zamanı xalqın qəddardüşmənə qarşı ayağa qaldırılmasında Bakı qoçularının xüsusi rolu olub. Həmin dövrdə ermənilərlə vuruşmaq üçün kəndin bütün başıpapaqlıları, xüsusilə yaxşı tüfəng atmağı bacaranlar səfərbərliyə alınmış,ön cəbhəyə çıxarılmışdı. Ermənilərə qarşı döyüşdə Qoçu Mürsəlin dəstəsi daha çox fərqlənib. O, ətrafına kənd cavanlarını toplayaraq mübarizəni təşkil edibmiş.

Erməni cəlladlarına qarşı mübarizədə maştağalı Miribrahim Ağanın xidmətləri xüsusi qeyd edilməlidir. Kəndin nüfuzlu qoçularını bir araya gətirən Miribrahim Ağa Müdafiə Şurası yaradır. Şuraya adıbütün Bakıya bəlli şəxslərdən Qoçu Əziz, Məşədi Cəbrayıl, Məşədi Qədiməli, Ataməli Babaoğlu, Kəblə Fəraməz və başqaları daxil olur. Ermənilərlə döyüşdə general Həbibbəy Səlimovun komandanlıq etdiyiMaştağa qarnizonu da şücaət göstərib. Qarnizonda xidmət edən 1700 nəfərədək maştağalı ermənilərlə döyüşə-döyüşə Bayıladək irəliləyiblər. Sonradan onlardan bir qismi Xalq Cümhuriyyətinin MilliOrdusunda xidmət

edib.


 
 
 

Comments


© Mastagali 2015

bottom of page