İbrahim Tatlısesdən vida mesajı
- Faik
- 29 апр. 2015 г.
- 1 мин. чтения

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses Twitter-dən vida kimi bir mesaj yazıb.
Anspress-in məlumatına görə, öz rəsmi hesabından foto paylaşan məşhur sənətçi yazdığı qeydlə sevənlərini kədərləndirib.
İ.Tatlıses son vəziyyəti ilə bağlı paylaşdığı fotonun altına bunları yazıb: "Şəklimə baxanda məni xatırlayın, çünki mən sizi heç unutmadım". Qeyd edək ki, ABŞ-da müalicə alan İbrahim Tatlıses martın 9-da kritik beyin əməliyyatı keçirəndən sonra bir müddət reanimasiyada qalıb. Hazırda xəstəxanada saxlanılan müğənni həkim nəzarətində müalicə olunur. //Milli.Az
Comments