top of page

Azərbaycanda mobil rabitə ucuzlaşacaq

  • Faik
  • 29 апр. 2015 г.
  • 1 мин. чтения

סלולר.jpg

Yaxın vaxtlarda Azərbaycanın mobil rabitə operatorları arasında olan 1 dəqiqə danışığın qiyməti 5 qəpikdən 3 qəpiyə düşəcək.

Fins.az-ın məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, bu, ölkədə mobil rabitənin ucuzlaşması üçün yeni imkanlar yaradacaq. Bununla belə, nazir qeyd edib ki, qiymətlərin aşağı düşməsi üçün operatorlar arasında tənzimləmə funksiyalarının daha da sadələşdirilməsinə də ehtiyac var və bu istiqamətlə iş gedir: “Rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bu da mobil operatorlara imkan verir ki, qiymətləri aşağı salsınlar. Amma nəzərə alın ki, mobil xidmətlər dövlət tərəfindən tənzimlənməyən, ancaq rəqabət əsasında formalaşan qiymətlərdir”.


 
 
 

Comments


© Mastagali 2015

bottom of page